• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəhərlərdə qanunsuz idman mərc oyunları keçirilib - FOTOLAR

Bu şəhərlərdə qanunsuz idman mərc oyunları keçirilib - FOTOLAR
02.12.2016 18:11
"Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 25 oktyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.
 


Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANN.Az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin qərarı ilə İlqar Abdullayevin fəaliyyət göstərdiyi çayxanada və yaşadığı ünvanda yerləşən mənzilində qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilən 8 ədəd Notebook, xarici internet saytlardan əldə edilmiş və kağızda çap olunmuş idman mərc oyunlarının siyahısı, həmin oyunlara qoyulan proqnozlara görə verilən əmsallar barədə qeydlər aşkarlanaraq götürülüb.  
  
 
İ.Abdullayevin "Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin dekabr ayından 2016-cı ilin oktyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 680 min manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işi başlanıb. 

 
 
21 noyabr 2016-cı il tarixdə İ.Abdullayevə Azərbaycan Respublikası CM-nin 192-1.3.2-ci maddəsilə ittiham elan edimiş və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa Departamentin İstintaq idarəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, Rüstəmov Mehman Yavər oğluna məxsus bağ evində axtarış götürmə istintaq hərəkəti apararaq qanunsuz idman mərc oyunlarının təşkilində istifadə edilmiş 5 ədəd faks aparatı, 18 ədəd prosessor, 1 ədəd yaddaş kartı, 8 ədəd printer, 8 ədəd qumar masası, domino daşları, kartlar aşkar edilərək götürülüb. 
Mehman Rüstəmovun "Bədən tərbiyəsi və idman haqqında” Qanunun və Nazirlər Kabinetinin "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2011-ci ilin noyabr ayından 2016-cı ilin noyabr ayıda daxil olmaqla idman mərc oyunlarının təşkili nəticəsində 1000000,00 (bir milyon) manat, yəni külli miqdarda gəlir əldə etməkdə şübhələr üçün əsaslar olduğundan, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə cinayət işi başlanıb. 

 
 
25.11.2016-cı il tarixdə M.Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə ittiham elan edilib və Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi bir daha xatırladır ki, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, yaxud xüsusi razılıq almadan həyata keçirilən sahibkarlıq fəaliyyəti inzibati və ya cinayət məsuliyyəti yaradır və belə halların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görüləcəkdir.  
 
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol