• $
  • €
  • ₽
  • ₺
  • £

Faydalı ərzaqların istifadəsi üçün doğru zamanı seçin

Faydalı ərzaqların istifadəsi üçün doğru zamanı seçin
11.12.2016 09:51
Dürüst olsaq, yediklərimizin saatla uyğunlaşmasına heç də hər zaman diqqət etmədiyimizi deməliyik. Bəzən bu diqqətsizliyimiz mədədə ağırlığa və ya köpməyə, bəzən isə artıq çəkiyə səbəb olur. 

Oxu.az etozhizn.ru-ya istinadən müxtəlif ərzaqların istifadəsinin nə zamana daha sərfəli olduğunu təqdim edir. 

1. Kəsmik

Ən yaxşı vaxt – günorta: həzm prosesinə yardım edir. Həzm sistemini sakitləşdirir. 

Ən pis vaxt axşam, əgər siz soyuqdəyməyə meyillisinizsə, bu sizin üçün ən pis vaxtdır. 

2. Düyü

Ən yaxşı zaman – günorta. Günorta saatlarında maddələr mübadiləsi daha güclüdür, bu isə karbohidrotlarda olan kalorilərin yandırılmasına yardım edir. 

Ən pis vaxt axşamdır. Artıq çəkinin yığılmasına səbəb olur. 

3. Alma

Ən yaxşı vaxt səhərdir, tərkibində olan pektinin sayəsində almalar mədə-bağırsaq traktının yaxşı işləməsinə yardım edir və qəbzliyin qarşısını alır. 

Ən pis vaxt axşam yatmazdan əvvəldir. Pektin gecə saatlarında həzm sistemi üçün narahatlıq yaradacaq. 

4. Şirniyyat


Ən yaxşı vaxt səhərdir, orqanizmimizin ifraz etdiyi insulin şəkər ilə səhərlər daha yaxşı mübarizə aparır. Bütün gün ərzində kalorilərin xərcləməyə imkan olacaq. 

Ən pis vaxt axşamdır, şəkər həzm sisteminə qıcıqlandırıcı təsir edəcək, bu isə narahat yuxuya səbəb olacaq. 

5. Banan

Banan natural antatsiddir, o mədədə olan qıcıqlandırmanı azaldır. 

Ən pis vaxt – gecə saatlarıdır. Boş mədəyə yeyilən banan tərkibində olan maqnimun yüksək səviyyəsinə görə mədə pozuntusuna gətirib çıxara bilər. 

6. Ət

Ən yaxşı vaxt günortadır, həzm prosesi üçün mürəkkəb olan bu ərzaqın tərkibində zülül yüksək səviyyədədir. Bu isə fiziki vəziyyətin yaxşılaşdırılmasına səbəb olur.

Ən pis vaxt axşamdır, gecə saatlarında yeyilən zülallı yemək həzm prosesinə ağır təsir edir. 

7. Dənlilər

Ən yaxşı vaxt axşamdır, lobya və mərci həzm prosesinə yardım edir və qanda xolesterinin səviyyəsini azaldır. 

Ən pis vaxt səhərdir. Səhər saatlarda yeyilən dənlilər iştahanı artıracaq və gün ərzində artıq kalori qəbul etmiş olacaqsınız. 

8. Qoz

Ən yaxşı vaxt axşamdır, bu ərzaqa daxil olan omeqa-3 və antioksidantlar beyinin işini gücləndirir. 

Ən pis vaxt səhər, günorta və gecə saatlarıdır. 

9. Əncir və ərik

Ən yaxşı vaxt səhər tezdəndir, həzm prosesini sürətləndirir. 

Ən pis vaxt axşamdır, həzmdə ağırlığa və mədənin köpməsinə səbəb olur.

10. Pendir

Ən yaxşı vaxt səhər tezdəndir, vegeterianlar üçün bu ətə əla əvəzləyicidir. 

Ən pis vaxt axşamdır. Artıq çəkinin yığılmasına səbəb olur.

11. Süd
 
Ən yaxşı vaxt axşamdır, isti süd orqanizmi sakitləşdirir və yuxunu yaxşılaşdırır. 

Ən pis vaxt səhərdir, fiziki yük olmadan süd həzm üçün mürəkkəbdir, o sizin qida qəbulu qrafikinizdə dəyişikliklərə səbəb ola bilər. 

Qida məhsullarının orqanizmimiz üçün belə bir cədvəli mövcuddur. Əlbəttə ki, heç kim bizi məhz belə qidalanmağa məcbur edə bilməz, amma xəbərdar olmaq yaxşıdır. Sağlam olun!

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol