• $
  • €
  • ₽
  • ₺
  • £

Qışda özünüzü depressiyadan qoruyun - TÖVSİYƏ

Qışda özünüzü depressiyadan qoruyun - TÖVSİYƏ
11.12.2016 11:58
Soyuq havaların başladığı bu günlərdə orqanizmimizdə müəyyən dəyişikliklər yaşanır.  
 
İnsanların səhhətilə yanaşı, psixi durumu da xarici amillərdən təsirlənə bilər. Türkiyəli psixoloq Bülent Baykal depressiya və özünü pis hiss etmənin hava şəraiti ilə əlaqəli olduğunu deyir. Aile.lent.az mütəxəssisin bu haqda fikirlərini təqdim edir.
 
B.Baykalın sözlərinə görə, insanlar qış aylarında özünü daha depressiv və kədərli hiss edir: "Bəzi depressiyalar hava şərtləri ilə bağlı yaşana bilir. İnsanlar qapalı yerlərdə özlərini pis hiss edirlər. Belə halda etməli olduğumuz tək şey öz-özümüzə bu vəziyyətin müvəqqəti olduğunu təkrarlamaq və yaxşı şeylər düşünməkdir”.
 
Mənfi hisslərin keçici olduğunu xatırlayın
 
Depressiyanın ən qabarıq əlamətinin həyatdan zövq almamaq duyğusu olduğunu deyən psixoloq bildirir ki, əzginlik, özünü xoşbəxt hiss etməmək, yataqdan qalxmamaq istəyi kimi əlamətləri də ciddiyə almaq lazımdır.
 
Havanın daha tez qaralması və günlərin qısalması da bizi depressiyaya itələyir: "Belə halda insanlar bunun fərqində olmalıdırlar. Səhər qalxmaq istəmirəm, yorğunam, heç bir iş görmək istəmirəm dediyinizdə artıq hərəkətə keçməlisiniz. "Bəli, bu hal indilik belədir, amma  keçəcək”, - deyərək özünüzə toxtaqlıq verin. "Özümü daha yaxşı hiss edəcəm, gün keçdikcə daha xoşbəxt olacam” kimi cümlələrlə özünüzü motivasiya etməlisiniz”.
 
Açıq havada piyada gəzin
 
Özümüzü pis hiss etdiyimiz anlarda açıq havada piyada gəzməyin də əhəmiyyətini vurğulayan B.Baykal deyir ki, insanlarda tez-tez ancaq yatmaq istəyi, özünə qapanmaq hissi ola bilər: "Belə halda dərhal bayıra çıxıb oksigen qəbul etmək vacibdir. Dostlarınızla artıq görüşmür, həyatdan zövq ala bilmirsinizsə, üstəlik, gərginlik, şiddətli əzələ ağrılarınız varsa, "Mən bu həyatda nə edirəm?”, - deyə özünüzə sual verirsinizsə, deməli, durum çox kritikdir və ən qısa zamanda mütləq mütəxəssisdən yardım almalısınız". 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol