• $
  • €
  • ₽
  • ₺
  • £

70 yaşı tamam olan UNICEF təşkilatı Azərbaycanda hər bir uşaq üçün inkişaf konsepsiyasını irəli sürür

70 yaşı tamam olan UNICEF təşkilatı Azərbaycanda hər bir uşaq üçün inkişaf konsepsiyasını irəli sürür
14.12.2016 13:26
UNICEF bütün dünya üzrə öz yubileyini Hökumətlərdən, vətəndaş cəmiyyətlərindən və gənc insanlardan ibarət olan tərəfdaşları ilə birlikdə qeyd edir

Təsis edilməsinin 70-ci ildönümündə, UNICEF dünyadakı uşaqlar üçün nail olunmuş olduqca böyük və əhəmiyyətli inkişafı bayram edir – və həyatları və gələcəkləri münaqişə, böhran, yoxsulluq, qeyri-bərabərlik və ayrı-seçkilik səbəbindən təhlükədə qalmaqda davam edən milyonlarla uşağa çatması üçün təkidli çağırışını yeniləyir.

"İşə başlamağımızdan yetmiş il keçdikdən sonra bizim qeyd etməyə çoxlu səbəblərimiz olduğu kimi, uşaqlar üçün görüləcək işlərimiz də hələ çoxdur”, deyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin (Edward Carwardine) söyləyir. "Azərbaycanda uşaqlar üçün həyat ildən-ilə yaxşılaşmaqdadır və biz istəyirik ki, bu inkişaf bütün ölkə boyu və hər bir şəraitdə hər bir uşağı əhatə etsin – öz keçmişimizi qeyd etdiyimiz kimi, bu da bizim gələcək üçün konsepsiyamızdır”.

UNICEF müharibədən sonrakı Avropada, Çində və Yaxın Şərqdə uşaqlara kömək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən yaradılmışdır. Bütünlüklə hökumətlər, vətəndaş cəmiyyətləri, özəl sektor və maraqlı vətəndaşlardan gələn könüllü ianələr hesabına maliyyələşməklə o, tezliklə öz əhatə dairəsini genişləndirir və artıq 1955-ci ildə 90-dan artıq ölkədə uşaqlarla iş aparırdı.

UNICEF Azərbaycanda öz işinə 1993-cü ildə başlamışdır. Burada onun ilk proqramları nəinki yalnız milli inkişaf prioritetlərinə yönəlmək üçün, eləcə də təxirəsalınmaz humanitar ehtiyacları qarşılamaq üçün işlənib hazırlanmışdır. UNICEF-in ölkə üzrə ilk proqramları əsas diqqəti peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəltmişdir.

Hökümətlə və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini vermişdir, bunlara da – digər uğurlarla yanaşı – Azərbaycanı poliomielitdən azad ölkəyə çevirməyə və digər profilaktikaya tabe xəstəliklər təhlükəsinin azaldılmasına kömək, uşaqlar üçün təhsil standartlarının yaxşılaşdırılmasına kömək və əlilliyi olan uşaqlar üçün daha çox sinif otaqlarının açılması, məcburi köçkün düşərgələrində yaşayan uşaqlar üçün dəstək proqramları, uşaqların rifah halının yaxşılaşdırılması islahatlarının başlanmasına kömək, gənclər üçün idmanla məşğul olmaq və asudə vaxtlarını daha yaxşı keçirmək məqsədilə imkanların yaradılması və uşaq hüquqlarının Azərbaycanın qanunvericilik bazasına daxil edilməsi üçün tövsiyələr daxildir.

Azərbaycanda 70 illik yubiley mərasiminin əsas tədbirlər planına dekabr ayının 14-də Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclərin iştirakı ilə xatirə tədbiri, eləcə də uşaqlar üçün inkişaf məsələlərinin müzakirə edilməsi məqsədilə dekabr ayının 15-də Azərbaycan Milli Məclisində (Parlamentində) xüsusi görüş daxildir.

"Bu gün UNICEF Azərbaycanın uşaqlarına və gənclərinə və onların mümkün ola bilən ən yaxşı gələcəyinə həmişə olduğundan daha ciddi şəkildə istiqamətlənmişdir. Biz bütün uşaqların eyni imkanlara, eyni həyat şərtlərinə və öz hüquqlarına, eyni qayğıya malik olacaqları gələcəyə nail olmağa can atırıq”, deyə Karvardin qeyd etmişdir. "Mən inanıram ki, hər bir uşaq üçün sərmayəni təşviq etmək məqsədilə Hökumətdəki, Parlamentdəki, vətəndaş cəmiyyətindəki və beynəlxalq ictimaiyyətdəki tərəfdaşlarımızla birlikdə işləməklə biz öz konsepsiyamızın Azərbaycanın hər yerində bütün ailələr və icmalar üçün reallığa çevriləcəyinin şahidi olacağıq”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol