• $
  • €
  • ₽
  • ₺
  • £

Səyahət zamanı bank kartınız oğurlandıqda nə etməlisiniz?

Səyahət zamanı bank kartınız oğurlandıqda nə etməlisiniz?
27.12.2016 21:25
Lakin təəssüflər olsun ki, sənəd və yaxud pulumuzun oğurlanması kimi xoşagəlməz hadisə ilə üzləşirik.

Turistlər rahatlığa böyük əhəmiyyət verdiyindən və adətən pullarını bank kartında saxladıqlarından səyahət zamanı bank kartının oğurlanması vəziyyətində nə etməli olduğumuza aydınlıq gətirək.

Səyahət zamanı bank kartınız oğurlanarsa:    

1.Kartınızın itdiyini anladığınız an dərhal olaraq pullarınızı internet bankçılığı vasitəsilə digər bir hesaba və yaxud karta köçürün. 

Əgər internet bankçılığa girişinizin yoxdursa və yaxud bu xidmətdən istifadə etmirsinizsə dərhal olaraq ikinci qaydaya riayət edin.

2. Əgər kartınızın oğurlandığına 100% əmin deyilsinizsə (ola bilsin ki, hoteldə unutmusunuz), kartdan nağd vəsaitlərin çıxarılması ilə bağlı müvəqqəti 0 limiti qoyun. Bunu öz bankınıza zəng etməklə həll edə bilərsiniz. Beləliklə, kartınızın harada olduğunu dəqiqləşdirmək və yaxud oğurlandığı faktını təsdiq etmək üçün bir qədər zamanınız olacaq.

3. İtmiş kartı blok edin. Bunu mümkün qədər tez bir zamanda etmək lazımdır. Kartı isə banka zəng etməklə, internet bankçılığı ilə və yaxud mobil tətbiqetmə ilə blok edə bilərsiniz.

4. Yaxınlarınızdan və yaxud dostlarınızdan sizə pul göndərməsini xahiş edin. Əgər itən kartınızdan əlavə bir kartınız da varsa həmin karta pul göndərmələrini istəyə bilərsiniz. Yox əgər başqa kartınız yoxdursa, beynəlxalq pul köçürmələri sistemlərindən birinin xidmətindən yararlana bilərsiniz.

5. Polisə müraciət edin. Əgər bank kartınız ilə birgə nağd pullarını və yaxud sənədləriniz (adətən şəxsiyyət vəsiqəsi) də oğurlanıbsa, yaxud itibsə mümkün qədər tez polisə müraciət etmək lazımdır.

6. İtən kartınız olduğunuz ölkədə tapılmadığı halda geri döndükdə yeni kart sifariş verin. Bunun üçün müştərisi olduğunuz banka gəlmək, ərizə yazmaq və bir neçə gün gözləmək lazımdır. Bəzi banklarda kartların buraxılması ödənişlidir və qiymət kartın növündən asılı olaraq dəyişə bilər.

Mənbə: Seyyah.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol