• $
  • €
  • ₽
  • ₺
  • £

Yuxusuzluqdan əziyyət çəkənlər üçün həkim məsləhəti

Yuxusuzluqdan əziyyət çəkənlər üçün həkim məsləhəti
03.01.2017 17:02
Statistik məlumatlar göstərir ki, dünyada təxminən hər 5-ci insan bu və ya digər yuxu pozulmalarından əziyyət çəkir.

Mütəxəssislər bunu çox ciddi problem hesab edir. Yuxu pozulmaları insan sağlamlığına çox mənfi təsir edir. Xüsusilə yuxusuzluq ürək və beyinə ciddi ziyan vurur.

Həmçinin yuxusuzluq orqanizmdə qocalma proseslərini sürətləndirir, mübadilə proseslərini pozur və nəticədə kökəlməyin riski artır, immun sisteminin zəifləməsinə səbəb olur, xərçəng xəstəliklərinin riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı gecə növbəsində işləməyi kanserogen (xərçəngin riskini artıran) faktorların siyahısına daxil edib.

Beləliklə, tamdəyərli gecə yuxusu sağlamlığın əsas təməllərindən biridir.

Mütəxəssislər yuxu pozulmalarından əziyyət çəkənlərə bu kimi tövsiyələr verir:

1. Yatmazdan əvvəl mütləq 30-40 dəqiqə açıq havada gəzin. Bu yuxuya getməyə kömək edəcək.
2. Qaranlıqda yatın. Gecə lampası, pencərədən düşən işıq və s. yuxunun keyfiyyətinə mənfi təsir edir.
3. Yatmazdan əvvəl çay, qəhvə, koka-kola və s. bu kimi kofeinlə zəngin olan içkiləri qəbul etməyin.
4. Çobanyastığı, nanə, pişikotu, melissa kimi otların dəmləmələri yuxu problemləri olanlara yaxşı kömək edir.
5. Yatmazdan əvvəl kompüterdə işləməyin, telefon, planşet və s. kimi qacetlərdən uzun müddət ərzində istifadə etməyin.
6. Yuxu hormonu olan "melatonin" triptofan adlı aminturşusundan sintez olunur. Triptofan hind quşu, toyuq, banan, pendir, qoz kimi məhsullarda çoxdur.
7. Yatmazdan əvvəl kitab oxumaq da yuxuya getməyə kömək edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, kitab həyacanlı səhnələr, sirlər və s. ilə zəngin olmamalıdır.
8. Yuxuya gedə bilmirsinizsə, yataqdan durun və hər hansı yüngül işlə məşğul olun. Bu yuxuya getməyə kömək edəcək.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol