• $
  • €
  • ₽
  • ₺
  • £

Bunu Azərbaycanda izləmək mümkün olacaq

Bunu Azərbaycanda izləmək mümkün olacaq
05.01.2017 12:54
Səmada dekabrın 28-dən başlayan meteor yağışı və ya selinin aktivliyinin ən maksimal dövrü bu gecə müşahidə edilib.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, yanvarın 12-dək davam edəcək meteor selinin aktivliyini Azərbaycanda da izləmək mümkündür:

"Bu prosesi səhərə yaxın – saat 3-5 radələrində adi gözlə müşahidə etmək olar. Meteor yağışı o qədər sürətlə olur ki, onu teleskopla izləmək mümkün olmur. Bunu izləməyin ən yaxşı yolu arxası üstə uzanıb daimi olaraq səmaya baxmaqdır. Meteor yağışını gecə atmosfer şəffaf və qaranlıq olan yerlərdə izləmək mümkündür. Meteorlar göydə ulduz boyda, amma bəzən ulduzdan da böyük görünürlər. Bu proses çox gözəl olur, göydə sanki işıldaquşlar uçur, gözün önündə "axan ulduzlardan” ibarət gözəl mənzərə açılır”.

Meteorların Günəş sisteminin xırda cisimləri olduğunu deyən direktor müavininin sözlərinə görə, meteor yağışı və ya seli dövrü bir prosesdir:

"Meteor selinin mənbəyi müəyyən bürclərdə olur. Onlar hansı bürcdə yerləşirlərsə, həmin bürcün adı ilə də adlanırlar. Məsələn, bu gecə müşahidə edilən "Kvadrantid” adlanır. O, Əjdaha ilə Naxırçı bürcünün arasında yerləşir və başlanğıcını da oradan götürərək Yerə doğru istiqamətlənir”.

Direktor müavini meteor yağışının Yer kürəsi və insan sağlamlığı üçün heç bir təhlükə törətmədiyini də söyləyib:

"Çünki meteorlar Yer atmosferində tamamilə yanaraq toz halına çevrilirlər. Amma meteoridlər müəyyən təhlükə törədə, Yer səthinə gəlib çatdıqda nəyəsə ziyan vura bilərlər. Çünki meteorid Yer səthinə gəlib çatır və tam yanıb qurtarmır. Amma meteoroidin Yerə gəlib çatması da min illər ərzində bir dəfə olur. İndiyədək Yer kürəsində 3000-ə yaxın meteorid tapılıb”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol