• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet televiziyanın rəhbərinə hökm oxundu

Azərbaycanda internet televiziyanın rəhbərinə hökm oxundu
05.01.2017 19:34
Balakən Rayon Məhkəməsində Azərbaycandan çıxmaq istəyərkən saxlanılan iş adamı Səməd Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Bu barədə Report-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, məhkəmənin hökmünə əsasən, S.Sadıqov 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2015-ci il oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Rəsmi məlumata əsasən, müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Belə ki, "Bermud City” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri, "CityTV” televiziyasının təsisçisi və direktoru olan iş adamı S.Sadıqovun "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilib.

S.Sadıqov barəsində Nərimanov Rayon Məhkəməsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Vəkil E.Sadıqov bildirib ki, istintaq zamanı S.Sadıqovun barəsində irəli sürülmüş "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda ittihamı öz təsdiqini tapmayıb. E.Sadıqov qeyd edib ki, S.Sadıqov qanunsuz sənədləşmədə təqsirli bilindiyi üçün onun cinayət işinə Balakən Rayon Məhkəməsində baxılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol