Akif Çovdarovun məhkəməsi təxirə salındı

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesin A. Çovdarovun vəkilləri gəlmədiyi üçün yanvarın 11-nə təxirə salınmasına qərar verilib. //APA
www.ann.az
Son xəbərlər 
Daha çox 























