• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaq ombudsmanı təsisatının yaradılmasına ehtiyac varmı?

Uşaq ombudsmanı təsisatının yaradılmasına ehtiyac varmı?
10.01.2017 13:40
Azərbaycanda uşaq ombudsmanı təsisatının yaradılması məsələsi gündəmdə deyil.

ANN.Az xəbər verir ki, bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Uşaq ombudsmanı təsisatının yaradılması məsələsinin dəfələrlə qaldırıldığını deyən A.Səfixanlı bu gün bu yeni təsisatın yaranması məsələsinin gündəmdə olmamasının səbəbini də açıqlayıb.

A.Səfixanlı hesab edir ki, hazırda Ombudsman Aparatı uşaq hüquqlarının müdafiəsi sahəsində tam, əhatəli şəkildə fəaliyyət göstərir. Buna görə də xüsusiləşmiş yeni qurumun yaradılmasına ehtiyac yoxdur:

"Əvvəllər İsveçdə xüsusiləşmiş uşaq obmudsmanları var idi. Amma daha sonra gördülər ki, bu işlərin bir ombudsman tərəfindən həyata keçirilməsi daha səmərəlidir. Ona görə, onlar da mərkəzləşdirilmiş ombusman təsisatına üstünlük verdilər. Çünki bəzən bir hüququn pozulma səbəbi digər hüquqların pozulması ilə qarşılıqlı əlaqədə olur. Ona görə də uşaq ombudsmanları digər sahələrə müdaxilə edə bilmirlər. Amma bu gün ümumi ombudsman uşaq hüquqları üzrə beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqları tam və geniş şəkildə müdafiə edə bilir. Bu gün Azərbaycan ombudsmanının malik olduğu səlahiyyətlər uşaq hüquqlarının daha səmərəli müdafiəsinə imkan verir”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol