• $
  • €
  • ₽
  • ₺
  • £

Qafqaz Universiteti ilə bağlı vacib qərar

Qafqaz Universiteti ilə bağlı vacib qərar
14.01.2017 12:15
2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.
 
"Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq", - deyə məlumatda bildirilir.
 
Azərbaycanın Türkiyə səfirliyindəki təhsil müşaviri Nəcibə Nəsibova APA-ya bildirib ki, bu qərar veriləndən sonra Türkiyə Ali Təhsil Şurasının üzvləri ilə görüşüb.
 
Onun sözlərinə görə, bu qərar barədə Azərbaycan Təhsil Nazirliyinə məlumat verilib:
 
"Bu, tək Azərbaycan üçün verilən qərar deyil. Məlum siyasi hadisədən sonra Türkiyə Ali Təhsil Şurası dünyanın bütün ölkələrində olan belə universitetlərin diplomlarını tanımayacaq. Hansısa ölkədəki mövcud ali məktəblərdə rəhbərlik hələ də dəyişilməyibsə, onların diplomları bundan sonra da tanınmayacaq”.
 
N. Nəsibova vurğulayıb ki, məlum hadisələrdən sonra Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında müəyyən qrant layihələri, tələbə mübadilələri, birgə müqavilələr dayandırılıb:
 
"Bundan sonra Qafqaz Universiteti ilə universitetlərarası anlaşma, işbirliyi, əlaqələr bərpa ediləcək. Çünki bu universitet artıq tamamilə yeni formada fəaliyyət göstərir”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol