• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?
15.01.2017 12:13
Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, səhər çimmək beyin üçün faydalıdır.

Çoxumuz səhər oyandıqdan sonra, ya da gecə yatmazdan əvvəl duş qəbul edirik. Aparılan yeni araşdırma göstərib ki, duş qəbul etdiyimiz saatlar beyinə təsir edir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə stressli işdə çalışanlar üçün ideal duş vaxtı səhərdir. Belə insanların səhərlər duş qəbul etməsi yaradıcılığı artırır. Alimlər yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam çimməyi məsləhət görüb.

Harvard Universitetində psixologiyadan dərs deyən Şelley Karson bildirib ki, araşdırma nəticələri işlərindən dolayı stressə düşən və ya yaradıcılıq baxımdan üzərilərində təzyiq hiss edən şəxslər üçün əhəmiyyətli olacaq:

"Duş rahatlatıcı təsirə malikdir, eyni zamanda səhərlər yuyunmaq beyin hüceyrələrinə müsbət istiqamətdə təsir edir. Bu da yaradıcılığa təkan verir. Sinirlər sakitləşir, yenilənir və canlanır. Yeni fikirlər və həll yolları öz-özünə yaranır. Digər tərəfdən axşam duş qəbul etmək bədən temperaturunu nizama salır və daha rahat yuxuya getməyi təmin edir. Hamamdan çıxdıqda bədəndə meydana gələn sərinlik təbii yuxu hərəkətvericisidir. Bu şəkildə bədəninizi yuxu vaxtının gəldiyinə inandıra bilərsiniz”.

Psixoloqun sözlərinə görə, hamam saatı qədər suyun temperaturu da mühümdür. O, etiraf edib ki, isti duş insana özünü yaxşı hiss etdirsə də, sağlamlıq baxımdan ilıq duş çox daha faydalıdır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol