• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək
15.01.2017 10:56
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi keçiriləcək.
 
APA-nın məlumatına görə, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
 
Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi geniş qeyd olunacaq. Sərəncama "Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” da təsdiq edilib.
 
Qeyd edək ki, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin yaranmasının 50 illiyi tamam olur. Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb. 1972-ci ildə həmin filialın əsasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb, 1990-cı ildə isə onun bazasında Naxçıvan Dövlət Universiteti təşkil olunub. 50 ildə böyük inkişaf yolu keçən universitetin maddi-texniki və tədris bazası yaxşılaşdırılıb, 108 hektar sahədə 16 tədris korpusu, Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi yaradılıb. Bununla yanaşı, universitetdə media mərkəzi də fəaliyyət göstərir.  Naxçıvan Dövlət Universitetində 1967-1968-ci tədris ilində 3 ixtisas üzrə kadr hazırlığı aparılıbsa, hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol