Kamran Əliyev: "5 nəfər prokurorluq işçisi vəzifədən çıxarılıb"

5 nəfər prokurorluq əməkdaşı orqandan xaric edilib.
ANN.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı ildə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
K. Əliyev bildirib ki, 3 nəfər isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən şəxsən mənim və Baş prokurorluğun təqdimatına əsasən cəzalandırılıblar. Onlardan biri işdən çıxarılıb digər iki isə cəzalandırılıb.
Orxan Aslanlı
www.ann.az
























