• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...

Vaqif Əsədov: Təcili yardım maşınlarına kameralar quraşdırılarsa...
18.01.2017 10:16
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov təcili yardım maşınlarının qarşısında quraşdırılmış kamera görüntüləri vasitəsilə onlara yol verməyən avtomobillərin nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi və həmin avtomobillərə qarşı tədbirlərin görülməsi barədə təklifinə münasibət bildirib.

Trend-ə açıqlama verən V.Əsədovun sözlərinə görə, son illərdə təcili tibbi yardım maşınları çağırışa gedərkən yolda sıxlıqla qarşılaşır, ünvana vaxtında çata və nəticədə xəstəyə vaxtında yardım göstərə bilmirlər ki, bu da təəssüf hiss oyadır:

"Aparılan araşdırmalar deməyə əsas verir ki, bunlara səbəb bəzi sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması və bu maşınlara yol verməməsidir. Moskvada ictimai nəqliyyat vasitələrinin ayrıca bir hərəkət zolağı var. Bu zolağa başqa avtomobillər daxil olmamalıdır. Daxil olan avtomobil isə məsuliyyətə cəlb edilir. Məhz bu sürücüləri aşkar edib məsuliyyətə cəlb etmək üçün avtobuslara kameralar quraşdırılıb. Həmin ərazidə hərəkət edən maşının sürücüsünü avtobusda quraşdırılmış kameranın köməyi ilə aşkar edib məsuliyyətə cəlb edirlər. Mən ən azından bu praktikaya əsaslanaraq, hesab edirəm ki, təcili tibbi yardım maşınlarında kameraların quraşdırılması müsbət nəticələr əldə etməyə imkan verəcək”.

V.Əsədov qeyd edib ki, təcili tibbi yardım maşınlarına yol verməyən sürücülər barəsində indi də BŞBPİ tərəfindən protokol tərtib edilir və həmin sürücülər məsuliyyətə cəlb edilirlər. Lakin bütün sürücülər təcili yardım maşınlarına yolun verilməsinin vacib olduğunu bilsələr də, bəzən səhlənkarlıq edir, məsuliyyətdən yayınmaq istəyirlər.

V.Əsədov bildirib ki, təcili tibbi yardım maşınlarına kameraların quraşdırılması onlara yol veməyən sürücülərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müxtəlif tədbirlər görməyə və bu istiqamətdə daha yaxşı nəticələr əldə etməyə imkan verəcək.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakı şəhər Baş Polis İdarəsinə təklif göndərib. Təkliflərdə təcili yardım maşınlarının qarşısında kameranın quraşdırılması, onların onlayn rejimdə işləməsi, zəruri və ehtiyac yarandığı halda təcili yardım maşınına yol verməyən avtomobilin nömrəsinin qeydə alınaraq Bakı şəhər Baş Polis İdarəsinə göndərilməsi öz əksini tapıb. Stansiya hesab edir ki, sürücülərə qarşı bundan sonra görüləcək tədbirləri BŞBPİ müəyyənləşdirə bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol