• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzanın şahidi olan şəxsi 6 il həbs cəzası gözləyir - FOTOLAR - VİDEO

Qəzanın şahidi olan şəxsi 6 il həbs cəzası gözləyir - FOTOLAR - VİDEO
19.01.2017 14:00
"Maşını idarə etdiyim zaman məni sağdan yüksək sürətlə bir maşın ötmək istədi və bu zaman arxasını qaçırdaraq qəza törətdi. Bunu görüb saxladım və düşüb yaralılara kömək etdim, təcili tibbi yardım çağırdım. Axşam evimdən məni qandalla polis bölməsinə apardılar. İzahat alıb sonradan sərbəst buraxdılar. 4 ay sonra yenidən bölməyə çağırılanda məlum oldu ki, qəzanı törətməkdə ittiham olunuram”.

ANN.Az xəbər verir ki, bunu 2015-ci ilin yayında Masazırda, Duzlu gölün yaxınlığında baş vermiş ağır yol nəqliyyatı hadisəsi zamanı şahid olduğunu bildirən 1990-cı il təvəllüdlü Məmmədov Əzizbala Hənifə oğlu deyib. O, baş vermiş qəzada təqsirli bilinir və 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilmə cəzası gözləyir. Lakin M. Əzizbala qəzanın əsl səbəbkarı 1964-cü il təvəllüdlü Hüseynova Səadət Orucəli qızının olduğunu deyir.

Ə. Məmmədov qəzada təqsirinin olmadığını, eyni zamanda qəza baş verəndən sonra hadisə yerində qaldığını sübut edən kifayət qədər dəlillərinin mövcud olduğunu, lakin polis və prokurorluğun əldə olan dəlillərinin işin gedişatına təsir etmədiyini deyir.

Onun vəkili İlqar Əliyev bildirib ki, istintaq işinin içində olan videogörüntüdən də açıq aydın görünür ki, qəza baş verən an ittiham edilən şəxsin idarə etdiyi "KİA” markalı avtomobil onu ötmək istəyən "Nissan”dan öndədir. Görüntü "Nissan”nın ön şüşəsinə bərkidilmiş "videoregistrator”dan götürülüb və qəzanın baş vermə anında "KİA”nın görüntüdə olması onun öndə olmasını sübut edir.

"Bundan əlavə qəza iyul ayının 9-da baş verib. İstintaq beş aydan sonra icraatı təqsirli şəxsin müəyyən olunmaması səbəbindən dayandırıb. Amma sonar müstəntiq bir günün içərisində (14 noyabr) Əzizbalanı təqsirli şəxs hesab edib, həm onu cinayət işinin bütün materialları ilə tanış edib, həm də prosesi sonlandırıb məhkəməyə göndərib”.

Şikayətçi bildirir ki, istintaqı aparan Abşeron RPİ-nin İstintaq şöbəsinin Baş müstəntiqi polis mayoru Ayaz Kazımov məhkəmə dindirilməsi zamanı videogörüntünün olmasına baxmayaraq, belə hallarda sürət ölçmə mexanizminin ümumiyyətlə mövcud olmadığını və qəza iştirakçısı olan maşınların sürətlərini onları idarə edənlərin ifadəsi əsasında yazdığını bildirib.

Əzizbalanın digər vəkili Ramin Əliyev müdafiə etdiyi şəxsin qəzadan sonra hadisə yerindən qaçmaqda ittiham edildiyini deyir: "Halbuki bunu heç kəs sübut edə bilmir, yolun sonunda olan kameralara baxılmayıb, baxılsa, "KİA”-nın oradan nə vaxt keçdiyi bilinərdi”.

Vəkillər müdafiə etdikləri şəxsə qarşı irəli sürülən ittihamın heç bir əsasının olmadığını iddia edirlər.

Video adıçəkilən Hüseynova Səadət Orucəli qızının maşınından çəkilib.
 
 
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol