Nazir müavini: "Təfəkkür" Universitetinə köçürmə ilə gələnlər araşdırılır - ÖZƏL

""Təfəkkür” Universitetinə köçürmə yolu ilə gələnlərlə bağlı məsələ araşdırılacaq”.
Bunu ANN.Az-a təhsil nazirinin müavini Ceyhun Bayramov bir neçə gün öncə fəaliyyətini dayandıran Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinə köçürmə yolu ilə gələn tələbələrlə bağlı məsələyə münasibət bildirərkən deyib.
Nazir müavininin sözlərinə görə, məsələ ilə bağlı Araşdırma Qrupu yaradılıb:
"Məsələyə lazımi qiymət veriləcək. Köçürmə yolu ilə universitetə gələnləri müvafiq olaraq, digər universitetlərə göndərəcəyik. Araşdırma Qrupu da bu məsələni xüsusi diqqətdə saxlayır. Köçürmə yolu ilə universitetə gələnlərdən hansıların qanuna uyğun formada universitetə köçürüldüklərini araşdırdıqdan sonra digər universitetlərə göndərəcəyik”.
Orxan Aslanlı
www.ann.az
Son xəbərlər 
Daha çox 























