• $
  • €
  • ₽
  • ₺
  • £

"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir

"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir
22.01.2017 13:47
Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər. Eyni zamanda qadınların yaşadığı infarkt sinə ağrısı şikayəti ilə özünü göstərmir.

ANN.Az Sputnik-ə istinadən xəbər verir ki, ürək xəstəlikləri daha çox "kişi xəstəliyi" olaraq qəbul edilsə də, ürək xəstəlikləri qadınlar üçün bir nömrəli ölüm səbəbidir. 80-ci illərdən bu günə qədər infarkt hallarının azalması müşahidə edilsə də, 50-60 yaşlı qadınlarda bu hal getdikcə artır.

Belə ki, kişilərdə infarkt sonrası ölüm halları 36 faiz olduğu halda, qadınlarda bu rəqəm 47 faiz təşkil edir. Mütəxəssislərə görə, hamiləlik və digər metabolik problemlər qadınlarda damar tutulmalarına səbəb ola bilir.

Buna görə də qadınların ürək-damar xəstəlikləri ilə əlaqəli tez-tez müayinələrdn keçməsi məsləhət görülür. Hamiləlik zamanı təzyiq ürək xəstəliyini 6 dəfə, diabet riskini isə 3 dəfə artırır. Bu risk doğuşdan 10 il sonra belə ortaya çıxa bilər.

Qadınlarda infarkt özünü nəfəs çatışmazlığı, yorğunluq, çənə və ya dişlərdə ağrı, qollarda ağırlıq hissi və həzmsizlik problemi ilə büruzə verir. Qadınlar anidən gələn yorğunluq, sinə üzərində ağırlıq, mədə ağrısı, boyun, kürək, çənə, sağ qol və sağ çiyində ağrı, ani soyuq tərləmə halları yaşayırlarsa, mütləq həkimə müraciət etməlidirlər.

ABŞ mütəxəssisləri iddia edirlər ki, qadınlarda ürək xəstəlikləri və infarkt riskinin çox olması onların damarlarının daha nazik, ürək damarlarının isə dar və uzun olması ilə bağlıdır.

Qadınların infarkt səbəbləri belədir: qadınların ürəyi daha kiçikdir, ürəyin atış sayı az, nəbz sayı yüksəkdir və menstruasiya dövründə qan laxtalanması elektrokardioloji problemlərə yol açır.

Mütəxəssislər qadınlara 40 yaşından sonra tez-tez həkim müayinəsini də məsləhət görürlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol