• $
  • €
  • ₽
  • ₺
  • £

Qabartma tozununun "perekis"lə qarışımı - Dırnaq xəstəliklərinə qarşı

Qabartma tozununun "perekis"lə qarışımı - Dırnaq xəstəliklərinə qarşı
23.01.2017 19:43
Dırnaq saralması görünüş baxımından heç xoş olmayan bir haldır.
 
Dırnaqlarınız səliqəli, makiyajınız yerində və geyimləriniz şık olsa da, sarı rəngli dırnaqlarla istədiyiniz görünüşə sahib olmanız mümkün deyil. Ya məcburən həmişə dırnaq boyası sürtməli olacaqsınız və bu da dırnaqların saralmasını daha da artıracaq. Ya da problemi kökündən həll etməlisiniz. Aile.lent.az dırnaq saralması probleminin həlli üçün yollar təqdim edir.
 
Dırnaqlardakı saralmanın ən əsas səbəblərindən biri tünd rəngli dırnaq boyalarıdır. Bu boyaların uzun müddət qalması dırnaqlarda pas ləkəsinə səbəb olur.

Dırnaqlardakı saralmanın əsas iki səbəblərindən biri siqaretdəki nikotin və qətrandır. Əgər siqaret çəkirsinizsə, dırnaqlardakı saralmanın qarşısını almaq üçün siqareti tərgitməlisiniz.
 
Hidrogen peroksid və qabartma tozu
 
Kiçik bir qabın içində 2 yemək qaşığı yarım qabartma tozu və 1 yemək qaşığı qədər hidrogen peroksidi qarışdırın. Yaxşı qarışdırdıqdan sonra ucu pambıqlı bir çubuqla qarışımı bütün dırnağınıza sürtün. 3 dəqiqə dırnağınızda saxladıqdan sonra su ilə yuyun. Bu üsulu hər 6 həftədən bir təkrarlayın.
 
Soda
 
Kosmetik sahədə sıx istifadə edilən sodadan dırnaqları ağartmaq üçün də istifadə edilir. 1 çay qaşığı qədər sodanın üzərinə 1 çay qaşığı qatıq əlavə etdikdən sonra bir az su da əlavə edə bilərsiniz. Bu qarışım ilə dırnaqlarınızı ovduqdan sonra gözləmədən yuyun. Həftədə 3 dəfədən çox etməyin.
 
Limon suyu
 
Dırnaqlarınızı limon suyunun içərisinə salaraq 10-15 dəqiqə gözləyin. Bu prosesi dırnaqlarınızdakı saralma keçənə qədər hər gün edin.
 
Mineral su və süd
 
Hər ikisindən eyni miqdarda götürüb bir kassada qarışdırın. Dırnaqlarınızı bu qarışımın içində 5 dəqiqəyə qədər saxladıqdan sona dırnaqların üst qismini "pilka” ilə təmizləyərək işi yekunlaşdırın.
 
Diş pastası
 
Diş məcunu ilə dırnaqların ağardılması da olduqca effektli bir üsuldur. Bir dış fırçası ilə diş məcununu dırnaqların üzərinə sürtüb fırçalayın. Fırçaladığınız dırnaqları yumadan əvvəl 10 dəqiqə elə vəziyyətdə saxlayın.
 
Pomidor suyu
 
Yarım stəkan pomidor suyu və 2 yemək qaşığı zeytun yağını qarışdırın, barmaqlarınızı bu qarışımda 10 dəqiqə saxlayın. Sonra su ilə durulayın.//Aile.lent.az

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol