• $
  • €
  • ₽
  • ₺
  • £

"Metropoliten gücləndirilmiş iş rejimində işləyir" - AÇIQLAMA

"Metropoliten gücləndirilmiş iş rejimində işləyir" - AÇIQLAMA
01.02.2017 12:04
Bakıda müşahidə olunan intensiv qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sərnişinlərin əsasən metrodan istifadəyə üstünlük verməsi qatarların intervallarında hər hansı dəyişikliyin edilməsinə zərurət yaratmayıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, məhz payız-qış mövsümünün tələblərinə əsasən, metropolitendə qatarların hərəkət intervalları maksimum azaldılır və yenilənmiş qrafiklə tənzimlənir. Belə ki, "Həzi Aslanov" stansiyasından "28 May" stansiyası daxil olmaqla hər iki istiqamətdə interval gur saatlarda (07:00-10:00, 17:00-20:00) 2 dəqiqə təşkil edir. Bununla əlaqədar, gur saatlarda xətlərin "28 May-Dərnəgül" və "28 May-İçərişəhər" sahələrində qatarlar arasında interval 4 dəqiqədir.

N.Paşayevin sözlərinə görə, metropoliten qarlı hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejmində işləyir:

"Hava şəraiti ilə əlaqədar yaradılmış qərargah fəaliyyətini davam etdirir. Xüsusilə depodan çıxan və depoya qayıdan qataraların yollarında hər hansı problemin yaranmaması üçün yerüstü xətlərdə təmizləmə işləri yerinə yetirilir. Gecədən artıq həm depo yolunda (üstüaçıq ərazi), həm də bütün stansiyaların giriş-çıxışları təmizlənir. Qarın intensiv yağması nəticəsində bəzi stansiyaların giriş-çıxışlarında yenidən qarın olması mümkündür. Buna baxmayaraq, briqadalar işlərini davam etdirirlər. Bu tədbirlər gün ərzində də davam etdiriləcək".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol