• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Yaşayış yeri olmayan kimsəsiz şəxslər xəstəxanalara yerləşdirilir

Nazirlik: Yaşayış yeri olmayan kimsəsiz şəxslər xəstəxanalara yerləşdirilir
01.02.2017 14:39
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda ahıl və kimsəsiz şəxslərin hospitalizasiyası işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq əmr imzalayıb. 

"Report"un məlumatına görə, havaların xüsusilə soyuq keçməsi ilə əlaqədar müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslər təcili tibbi yardım xidməti tərəfindən təyin edilən birləşmiş şəhər xəstəxanalarına çatdırılır və orada yerləşdirilir.

Nazirlikdən bildirilib ki, onlara zəruri tibbi yardım, qida və müvafiq geyim təqdim edilir. Soyuq hava şəraiti davam etdikcə kimsəsiz şəxslər şəhər xəstəxanalarında saxlanılacaq, zəruri qayğı ilə əhatə olunacaqlar.

Qeyd edək ki, ğtən il həmçinin Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsində Baş şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Birləşmiş Şəhər Xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən toplantıdan sonra, ahıl və kimsəsiz şəxslərin hospitalizasiya işini daha da yaxşılaşdırmaq məqsədi ilə müvafiq qərarlar qəbul edilmişdir.

Qüvvədə olan qərara əsasən, müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirliməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən klinki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir.
Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında birinə çatdırılır. Bu məqsədlə həmin xəstəxanalarda təcrübəli həkimlərdən ibarət növbətçilik təşkil edilir.

Qeyd olunan tibb müəssisələrində müvafiq müalicə kursu keçdikdən və vəziyyəti stabilləşdikdən sonra xəstə, ərazi prinsipi gözlənilməklə, təcili yardım vasitəsilə Bakı şəhərini digər BŞX-larından birinə köçürülür.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol