• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda güclü zəlzələ gözlənilmir

Azərbaycanda güclü zəlzələ gözlənilmir
09.02.2017 16:00
"Azərbaycan seysmo-aktiv bölgədə yerləşir. İl ərzində Azərbaycanda və həmsərhəd ərazilərdə irili-xırdalı 9 mindən artıq yeraltı təkan qeydə alınır”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ötən il mərkəz 10 mindən artıq yeraltı təkan qeydə alıb. Onlardan 2 mindən çoxunun dünyada olan zəlzələlərin payına düşdüyünü deyən Q.Yetirmişli qeyd edib ki, qalan 8 minə yaxını Azərbaycan və həmsərhəd ərazilərdə olub. Baş direktor vurğulayıb ki, zəlzələlərin sayına baxmayaraq, Azərbaycanda baş verən zəlzələlər fon səviyyədə-zəif və orta gücdədir: "Yalnız ötən il İmişlidə baş verən zəlzələ nisbətən güclü olub. Lakin dərində baş verdiyi üçün fəsadlar törətməyib”.
 
Q.Yetirmişli qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycan və sərhəd zonalarında 1050-dən çox yeraltı təkan olub: "Zəif təkanlar olduğundan hiss edilməyib. Amma bu gün ölkədə elə bir bölgə yoxdur ki, orada zəlzələrin baş verməsi üçün güclü hazırlıq getsin. Ümumiyyətlə Azərbaycanda kotostrafik, güclü və təhlükəli zəlzələ gözlənilmir”.
 
Q. Yetirmişli əlavə edib ki, bu ildən başlayaraq Azərbaycanda seysmik rayonlaşdırma aparılacaq.Sseysmik rayonlaşdırılma Almaniya Yer Elmləri Mərkəzi ilə bu ildən ilkin olaraq, pilot layihə kimi Səbail rayonundan başlanacaq və seysmik aktivlik müəyyən ediləcək. Baş direktor bildirib ki, tədqiqatların aparılması üçün Almaniyadan da cihazlar gətiriləcək və aktivlik müəyyənləşəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol