• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski” sakinlərinə 48 saat vaxt verilib – FOTO

“Sovetski” sakinlərinə 48 saat vaxt verilib – FOTO
10.02.2017 16:21
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanının 1.1.-ci bəndinə əsasən, Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il, 358 saylı qərarı ilə Yasamal rayonu, Çingiz Mustafayev 43 ünvanında yerləşən çoxmərətəbəli yaşayış binası dövlət ehtiyacları üçün alınması nəzərdə tutulub.

Bununla əlaqədar olaraq həmin yaşayış binası sakinlərindən mənzillərinə əlavə xərc çəkərək təmir etməməsi xahiş olunur. Belə ki, həmin mənzillərə kompensasiya hesablanarkən xərclənən əlavə vəsait nəzərə alınmayacaq”, - deyə Köçürmə Komissiyası tərəfindən sözügedən binada yaşayan sakinlərə gələn bildirişdə yazılıb.

Bildirişdə yazılana görə, Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar yeni yol infrastrukturunun tikilməsi məqsədi ilə bu bina alınır: "Kompensasiya ilə bağlı iddiaların qiymətləndirilməsi və daşınmaz əmlaka sahibliyin əldə edilməsinə hazırlıq üçün digər tədbirlərin görülməsi məqsədi ilə bu bildirişin sizə təqdim olunduğu vaxtdan 48 saat sonra "Daşınmaz əmlakın alınması qrupu”nun daşınmaz əmlaka daxil olmaq hüququna malikdir”.

ANN.Az xəbər verir ki, bu barədə sakinlərdən biri bizimyol-a bildirilib.

Sakinlərin dediyinə görə, onlar həmin bildirişə imza atmayıblar və onlara bazar şərtləri əsasında kompensasiya ödənilməsə, evlərini tərk etməyəcəklər.

Qeyd edək ki, Köçürmə Komissiyasına yerli icra hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri rəhbərlik edirlər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol