• $
  • €
  • ₽
  • ₺
  • £

Test imtahanlarının ödənişi müəyyənləşdirilir

Test imtahanlarının ödənişi müəyyənləşdirilir
14.02.2017 14:19
Tarif Şurası ilə test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində danışıqlara bu gündən başlanılıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, test imtahanlarının ödənişinin müəyyənləşdirilməsi istiqamətində işləri yarım ildir ki, aparırlar: "Son 3 il ərzində TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın büdcəsində olan vəsaitlərin necə xərclənməsinə dair aparılan bütün araşdırmalar hazırdır. Bizim təkliflərimiz hazırdır. Araşdırmaların nəticələrini müvafiq nazirliklərə göndərmişik. Təbii ki, bu qərar - imtahanların ödənişi biz tərəfdən deyil, Tarif Şurası tərəfindən qəbul ediləcək. Lazımi danışıqlara bu gündən başlanılıb".

M.Abbaszadənin bildirdiyinə görə, qəbil imtahanlarının il ərzində iki dəfə keçirilməsi ilə bağlı yenilik neçə il idi ki, hazırlanır.

O əlavə edib ki, əvvəlki illərin məzunları üçün may ayında, bu ilin məzunları üçün iyun ayından keçiririldi: "Çoxsaylı müraciətlər olurdu. Abituriyentlər yaxşı nəticə əldə etmək üçün ikinci şans istəyirdilər. Əvvəllər TQDK dövlət büdcəsindən maliyyələşdirilirdi və hər bir abituriyentə müəyyən bir məbləğ həcmində vəsait ayrılırdı. Buna görə də biz təkrar imtahan edə bilməzdik. Çünki bu büdcənin artmasına gətirib çıxara bilərdi. Artıq bu xidmət pullu olduğu üçün abituriyentlər üçün əlavə imkan yaradılıb. Mənə elə gəlir ki, öz şanslarından istifadə etmək istəyən abituriyentlər bu imkandan yararlana biləcəklər".

M.Abbaszadə deyib ki, hər bir abituriyent hansı imtahanda iştirak etmək istədiyini özü müəyyən edəcək. Abituriyentlər yalnız may, yaxud iyul ayında olan imtahanda, yaxud da hər iki imtahanda iştirak etmək istədiklərini onlara verilən ərizə formasında qeyd edəcəklər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol