• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəblərin ov etdiyi Sabirabaddan

Ərəblərin ov etdiyi Sabirabaddan
14.02.2017 16:20
Yanvarın sonu, fevralın əvvəlində sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycandakı sərgüzəştləri ilə bağlı bir xeyli foto və videolar yer alıb. Görüntüləri tənqid edənlər də çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama verib ki, təkcə bu ov mövsümündə 16 ərəb turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib. Nazirliyin təqdimatı əsasında onlar ölkədən xaric edilib.

"ANN” xəbər verir ki, Azadlıq Radiosunun bu haqda hazırladığı reportajda bildirilir ki, ərəb turistlərin Azərbaycana ova gəlməsinə qarşı çıxanlar da var, əksinə buna şərait yaratmağın zəruri olduğunu söyləyənlər də.

Ovçu Şahin Hacıyev hesab edir ki, Azərbaycana ov üçün gələn, özəlliklə də ərəb turistlərə nəzarəti artırmaq lazımdır: "Xaricdən gələn ovçuların əksəriyyəti imkanlı, zəngin adamlardır. Xüsusilə də ərəblər. Onlar üçün qaydalar xeyli yumşaldılır. Bunun da müxtəlif səbəbləri var. Birincisi odur ki, ovçuluq turizmi də inhisardadır. Azərbaycanda bu işlə məşğul olan bir neçə şirkət var, onlar da oliqarxlarla bağlılığı var”.

Şahin Hacıyev deyir ki, Azərbaycanda dağlıq kəkliyi ovunun qiyməti 5 min avrodur. Bu pulu verib ov edənlər də özlərini sərbəst hiss edir. Ürəkləri necə istəsə, elə də davranırlar.

Ekoloqları bir sual düşündürür. Turistlər hansı heyvanları ovlayırlar? Ov zamanı kvota, mövsüm gözlənilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 10-da yaydığı rəsmi açıqlamada deyilir ki, yayılan video və fotoların təhlili göstərir ki, ovlanan heyvanlar və quşlar arasında Azərbaycanın "Qırmızı Kitab”ına düşən növlər yoxdur. O ki qaldı kvotaya, nazirlik bildirir ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən yerli şirkətlərə müraciət əsasında qanunvericiliyə uyğun kvota ayırır:"Yerli ovçulara 1 ov günü ərzində 6-dək, xaricilərə 5 ov günündə 10-dək su-bataqlıq quşunu ovlamağa icazə var. Yerli ovçular 1 baş, xarici ovçular 2 baş dovşan ovlaya bilər. Xarici ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayırlar. İnzibati ölçü götürülməsi üçün ciddi araşdırma tələb olunur".

Nazirlik onu da qeyd edir ki, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti araşdırılır. Turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsın. Qaydaları pozan ovçu-turistləri gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol