• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda mənşəyi məlum olmayan ət aşkarlanıb

Bakıda mənşəyi məlum olmayan ət aşkarlanıb
14.02.2017 18:20
Xaçmazdan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan, sümükdən ayrılmış ətlər saxlanılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun Xaçmaz rayonu üzrə 3-cü tağımın əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armudpadar kəndinin ərazisində Xaçmaz şəhəri, İ. Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus "Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.

Baxış zamanı avtomobilin arxa oturacağında və yük yerində Xaçmaz rayonu Armudpadar kənd sakini Məmmədov Aydın Əhməd oğluna məxsus qida məhsulları üçün istifadəsi nəzərə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi aşkar edilib.

Həmin sümükdən ayrılmış ətin mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmamışdır. Ətin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək üçün içərisində sümükdən ayrılmış ət olan həmin avtomobil Respublika Baytarlıq Laboratoriyasına gətirilib.

Qida üçün yararlığı şübhə doğuran sümükdən ayrılmış ətdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilmişdir.
Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi ümumi çəkisi 170 kq olan sümüksüz ət laboratoriyanın soyuducusunda müvəqqəti saxlanca qoyulub.

Aşkar olunmuş sümüksüz ətdən götürülmüş nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən bundan sonra da insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol