• $
  • €
  • ₽
  • ₺
  • £

Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur?

Amerikaya viza almaq üçün hansı sənədlər tələb olunur?
15.02.2017 12:15
Çoxları Amerika vizası üçün də Şengendə tələb olunan sənədlərin istənildiyini söyləyir. Kimi deyir iş yerindən arayış, bank hesabından çıxarış, səyahət sığortası, hotel və təyyarə bileti bronu lazımdır.

Bəs əslində viza almaq üçün nə tələb olunur?

ANN.Az xəbər verir ki, səyahət bloggeri Gülər Mehdizadə bu barədə təcrübələrini seyahetciblogda bölüşüb.

Kimi deyir adına mülk, bank hesabından çıxarış lazımdır, kimi də bütün bunların lazımsız olduğunu söyləyir. Bir sözlə, hərə bir fikir bildirir. Elə mənə də Amerika səfirliyinin viza şərtləri maraqlı gəlirdi. Bu yaxınlarda müraciət edib öyrəndim.

Hansı sənədlərin tələb olunduğunu bilmək üçün əvvəlcə səfirliyin saytında axtarış etdim. Konkret hansısa sənəd yazılmamışdı. Sadəcə, "bizi dönəcəyinizə inandırın”, – deyilirdi.

Necə inandıraq?

Çox fikirləşəndən sonra bütün sənədləri toplamaq qərarına gəldim. Kim nə deyir, hamısını.

Bankdakı hesaba qalacağım hər gün üçün 100 dollar qoyub, arayış çıxardım. Sonra bank hesabımdan son 6 aylıq çıxarış aldım. Səyahət sığortası, iş yerimdən arayış aldım. Adıma ev, avtomobil olması ilə bağlı sənəd təsdiqlətdim. Sonra hotel və təyyarə biletini bron etdim. Daha sonra isə yeni foto çəkdirdim.

Viza rüsumu – 160 dollar

Növbəti mərhələdə Amerika səfirliyinin saytında hesab açdım. 5-6 səhifəlik ərizə formasını doldurdum, bura şəkil əlavə etdim. Sonra da viza üçün tələb olunan 160 dolları onlayn ödədim. Ödəmə ilə bağlı emailə gələn təsdiq cavabını çıxardım. Daha sonra bütün bu sənədlərlə birgə seçdiyim gün səfirliyə getdim.

22 nəfərdən 17-nə "yox” dedilər

Növbədə 22-ci idim. Mənə sıra gələnə qədər 17 nəfərə "yox” cavabı verdilər. Həyəcanlanmışdım. Nəhayət, içəri keçdim. Səfirlik əməkdaşı özümlə bağlı danışmağımı istədi. Danışdım, filan işi görürəm, filan yerdə işləyirəm, Novruz bayramına görə Amerikaya gedirəm və s. Bundan sonra mənə ağ, üstündə "sizin vizanız təsdiq olundu”, – yazılmış kağız verdilər. Pasportu isə 5 gün sonra götürə biləcəyimi söylədilər və məndən hər hansı bir sənəd tələb olunmadı. O qədər sənədi yığmaq özümə qaldı.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol