• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü qar İsmayıllıda fəsadlar törədib

Güclü qar İsmayıllıda fəsadlar törədib
15.02.2017 17:59
Güclü külək İsmayıllı rayonunun bəzi kəndlərində fəsadlara səbəb olub. Külək dağlara yağan qarı İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna sovurduğundan avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.
 
APA-nın xəbərinə görə, hazırda İsmayıllının İvanovka, Soltankənd və Hacıhətəmli kəndlərində çovğun müşahidə olunur.
 
Qısa vaxtda İsmayıllı-İvanovka-Göyçay yolu 40-50 santimetr hündürlüyündə qarla örtülərək buz bağladığı üçün avtomobillərin hərəkəti dayanıb. Hazırda yüzə yaxın avtomobil yolun açılmasını gözləyir. Qəflətən çovğuna düşən 10-a yaxın avtomobil isə idarəetmənin itməsi nəticəsində yolun kənarındakı taxıl sahəsinə düşüb.
 
Bəzi avtomobillər qar və palçığın içində bataraq qalıb.
 
İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikaları nəqliyyatın hərəkətinin bərpası üçün əraziyə cəlb edilib. Yerli sakinlər hər il fevral ayında dağlıq ərazidən keçən bu yolun çovğun və qar səbəbindən bir neçə dəfə bağlandığını deyirlər. Güclü külək səbəbindən İvanovka və ətraf kəndlərdə bir neçə ağac aşıb, köhnə tikililərin dam örtüyü uçub, elektrik naqilləri qırılıb, əhalinin enerji ilə təminatında çətinliklər yaranıb.
 
Güclü külək Göyçay rayonunda da fəsadlara səbəb olub, bir neçə ağac və elektrik dirəyi aşıb, bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol