Bakıda 2000-ci ilin güclü zəlzələsi təkrarlana bilər

Maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 17 ildən sonra yenidən təkrarlana bilər.
Trend-in məlumatına görə, bunu AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov deyib.
F.Qədirov bildirib ki, Qafqaz, o cümlədən Azərbaycan ərazisi seysmik bölgə olduğundan burada zəlzələlərin baş verməsi gözləniləndir: "Biz alimlərin əsas tədqiqatlarından biri də güclü zəlzələlərin nə vaxt ola biləcəyi ehtimallarını öyrənməkdir. Bu gün bu həm alimləri, həm əhalini, həm dövlət strukturlarını maraqlandıran prosesdir. Biz də öz tədqiqatlarımızı aparırıq".
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə bununla razı olmadığını diqqətə çatdırıb. Q.Yetirmişli bildirib ki, zəlzələlər hər hansı bir tarixi ardıcıllıq və ya statistika ilə baş vermir və səsləndirilən bütün fikirlər sadəcə ehtimallardır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























