• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili tibbi yardım xidmətləri pilot ərazilərdə pulsuzdur

Təcili tibbi yardım xidmətləri pilot ərazilərdə pulsuzdur
16.02.2017 16:38
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi baza zərfində göstərilən xidmətlərin ödənişini pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar üçün tibb müəssisələrinə edəcək.

ANN.Az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətindən bildirilib. 

Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ilkin səhiyyə xidmətlərindən pilot ərazilərdə - Yevlax rayonunda və Mingəçevir şəhərində rəsmi qeydiyyatı olan və olmayan bütün vətəndaşlar pulsuz istifadə edə bilərlər. 

İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə etmək imkanına sahibdirlər. Bütün tibbi xidmətlərin dəyərini Agentlik tibb müəssisələrinə ödəyir.

Baza zərfində Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətləri üçün göstərilən tarifləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə ödəyir. 

Məlumat üçün bildirək ki, yanvar ayında Mingəçevir şəhəri üzrə 3955 nəfər, Yevlax rayonu üzrə 924 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətindən istifadə edib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol