• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək pensiyaçılarının sayı açıqlanıb

Əmək pensiyaçılarının sayı açıqlanıb
16.02.2017 21:20
Cari ilin 1 yanvar tarixinə olan statistikaya əsasən, Azərbaycan üzrə əmək pensiyaçılarının sayı 15 281 nəfər və ya 1,2% artaraq 1 315 227 nəfər təşkil edir.
 
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin "APA-Economics"ə verdiyi məlumata görə, keçən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb.
 
"Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10% artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib. Bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 mln. manat və ya 11,6% çox olub. Azərbaycan prezidentinin müvafiq fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Prezidentinin təqaüdünün və Azərbaycan Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1 300 manata çatdırılıb”, - deyə E.Babayev vurğulayıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol