• $
  • €
  • ₽
  • ₺
  • £

Avto-kreslo qalmaqalına nöqtə qoyuldu

Avto-kreslo qalmaqalına nöqtə qoyuldu
17.02.2017 21:24
Yol polisinin cərimələr haqqında yeni qaydaları sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə, 12 yaşa kimi olan uşaqların avtomobildə gedən zaman xüsusi oturacaqlarda oturması məsələsi sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri qanunun düzgün olmadığını, arxa oturacaqda kifayət qədər böyük olan 10-12 yaşlı uşaqlar üçün xüsusi oturacaqdan istifadənin və buna görə cərimənin düzgün olmadığını qeyd ediblər.

"Qafqazinfo" xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovdan fərqli olaraq həmkarı Kamran Əliyev Sputnik Azərbaycan-a bildirib ki, arxa oturacaqda uşaqların xüsusi oturacaqlarda daşınmaması üçün xüsusi cərimə tətbiq edilə bilməz:
"Bu qayda qanunvericilikdə mövcud deyil, sadəcə tövsiyə xarakteri daşıyır ki, kimsə öz uşağının təhlükəsizliyini təmin etmək istəyirsə, arxa oturacaqda da uşaqlar üçün xüsusi oturacaqlar quraşdırsınlar. Təkrar edirəm, arxa oturacaqda uşaqlar üçün xüsusi oturacaqların quraşdırılmaması ilə bağlı heç bir cəza nəzərdə tutulmur və bununla bağlı sürücü məsuliyyətə cəlb edilə bilməz".

Daha sonra K. Əliyev vurğulayıb ki, uşaqlar üçün oturacağın quraşdırılması minik avtomobillərinin qabaq oturacaqları üçün mütləq şəkildə nəzərdə tutulur:
"Minik avtomobilində uşaqlar üçün xüsusi oturacaq olmazsa, 12 yaşa kimi olan uşaqların daşınmasına görə inzibati məsuliyyət var. Sürücü ona görə 3 bal və 60 manat cərimə olunur".

Qeyd edək ki, Vaqif Əsədov isə sözügedən qaydanı pozan sürücülərin inzibati məsuliyyətə cəlb olunacağını açıqlamışdı:

"Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər”.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol