Bakıda dönərxana partlayıb

Bakıda dönərxanada partlayış olub.
ANN.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən dönərxanada qeydə alınıb. Partlayış nəticəsində yanğın olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, dönərxanada baş verən partlayışda 5 nəfər xəsarət alıb.
Onlardan üçü kişi, ikisi qadındır.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























