• $
  • €
  • ₽
  • ₺
  • £

Kağız və plastik tullantıların toplanacaq

Kağız və plastik tullantıların toplanacaq
23.02.2017 19:40
23 fevral tarixindən etibarən IDEA İctimai Birliyi tullantıların idarə olunması proqramı çərçivəsində Təhsil Nazirliyi və "Azersun” şirkəti ilə birgə kağız və plastik tullantıların toplanması və təkrar emalına həsr olunmuş yeni layihəyə start verir.

ANN.Az xəbər verir ki, layihə çərçivəsində ali təhsil müəssisələrində kağız və plastik tullantılar üçün xüsusi çeşidləmə qutularının yerləşdirilməsi nəzərdə tutulub.

Layihənin pilot fazası olaraq Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə ümumilikdə 200 ədəd konteyner təhvil verilib. 

Layihənin məqsədi tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təkrar emalı təşviq etmək yolu ilə ağacların və təbii sərvətlərin qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir.

Sözügedən layihə çərçivəsində yerləşdirilən konteynerlərdə kağız və plastik tullantıların çeşidlənərək toplanması və təkrar emalı ali təhsil müəssisələrində təhsil alan tələbələrdə ekoloji məsuliyyət hissinin tərbiyə etdirilməsi, kağız israfının azaldılması, ümumiyyətlə, ətraf mühitin və təbii sərvətlərimizin mühafizəsi baxımından mühüm töhfə verəcək.

Məlum olduğu kimi, təbii resursların qənaətlə və səmərəli istifadəsi üçün tullantıların idarəolunması sahəsində əhalinin məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq, IDEA İctimai Birliyi hələ 2014-cü ilin fevral ayından etibarən kağız tullantıların qəbulu və təkraremalı ilə bağlı "Hər kağızı bir yarpağa dəyişək” layihəsini həyata keçirmişdir.

Layihə çərçivəsində bu günə qədər 600 tondan çox kağız tullantısı toplanaraq təkrar emala göndərilmişdir.

Qeyd edək ki, layihə çərçivəsində kağız və plastik tullantılar üçün xüsusi qutuların mərhələli şəkildə bütün ali və orta təhsil müəssisələrində yerləşdirilməsi planlaşdırılıb.

Layihə tərəfdaşları bütün tələbə və şagirdlərdən yaşıl qutuların kağız tullantılar, mavi qutuların isə plastik tullantılar üçün qoyulduğunu nəzərə alaraq, təhsil aldıqları müəssisədə tullantıları qutulara atarkən diqqətli olmağa və düzgün çeşidləməyə dəvət edir.

IDEA İctimai Birliyi hər kəsi, xüsusilə də gəncləri tullantıların idarə edilməsi işinə dəstək olmağa, onların çeşidlənməsi və azaldılmasına öz töhfələrini verməyə çağırır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol