• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Karyera Sərgisində iştirak etdi

Azercell Karyera Sərgisində iştirak etdi
03.03.2017 15:20
2 Mart 2017-ci il tarixində ADA-da 5-ci Karyera Sərgisi keçirilib. Bu sərgidə Azercell Telekom MMC də iştirak edərək ayrıca stendi ilə yarmarka iştirakçılarının xidmətində olub. Şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil ediblər və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Qeyd edək ki, Azeronline şirkəti də sərgidə iştirak edib.

Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Tədbirin keçirilməsində məqsəd öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

Qeyd edək ki, Azercell Telekom daim istedadlı gənclərə bu istiqamətdə dəstək olur.

Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də məhz təhsillə bağlıdır, bu istiqamətdə şirkət aparıcı universitetlərlə əməkdaşlıq edir, həmin təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.  
 





www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Cəmiyyət 17:30
Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Cəmiyyət 17:10
Ötən ay fərdi yaşayış evlərinin satış qiyməti 5 % artıb
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Cəmiyyət 16:50
Türkiyədən gətirilən yükdə bəyan edilməyən 480 ədəd tibbi təyinatlı mallar aşkarlanıb
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Cəmiyyət 15:54
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Sabah yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:15
Sabah yağış yağacaq, şimşək çaxacaq
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
Cəmiyyət 14:05
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarılıb
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Cəmiyyət 13:57
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol