• $
  • €
  • ₽
  • ₺
  • £

Qiymətlər elan olunduğundan da baha çıxacaq - ƏDV-li hesablama

Qiymətlər elan olunduğundan da baha çıxacaq - ƏDV-li hesablama
07.03.2017 14:15
Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq 9 qrup üzrə imtahanların qiymətini müəyyənləşdirib.

Qiymət imtahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.

ANN.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədov isə bildirib ki, DİM-in müəyyən etdiyi imtahan qiymətləri hələ ƏDV xaric qiymətdir:

"Bildiyiniz kimi, Azərbaycan ərazisində müəyyən xidmət müəssisələri xidmət haqqına ƏDV-ni (əlavə dəyər vergisi) daxil etmirlər. Bu da həmin xidmət haqqının 18 faizidir. Deməli, DİM-in müəyyən etdiyi imtahan qiymətlərinin üstünə 18 faiz ƏDV gələcək. Bundan başqa, imtahan iştirakçıları imtahanda iştirak məqsədilə ödəmə kartı əldə etmək üçün müvafiq mobil operatorların sms nömrələrinə boş sms göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil. Bu da qiyməti artıran hallardır. Sonra nəticələri öyrənmək üçün də yenə də müvafiq sms nömrələrə sms yollayacaqlar ki, bu da imtahan qiymətlərinə baxsaq, heç də kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq. TQDK əvvəllər qeyd edib ki, bir iddiaçının bir imtahanda iştirak etməsi onlara 25 manata başa gəlir. Ondan sonra qeyd etdilər ki, onların məqsədi pul qazanmaq deyil. Amma elan olunmuş imtahan qiyməti bunların ikisini də inkar edir".

Eksperti qeyd edib ki, dünyanın heç bir ölkəsində ali məktəblərə qəbul imtahanlarının qiyməti bu insanların orta əmək haqqı ilə bu qədər tərs mütənasib deyil:

"Bu insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnə bilər. Nəzərə alsaq ki, Azərbaycanda minimum əmək haqqı 116 manat təşkil edir, deməli, müəyyən edilmiş imtahan qiyməti çox böyük rəqəmdir.

Məsələn: ABŞ-da orta əmək haqqı 2500 dollar təşkil edir və onlarda imtahan qiyməti 35 dollar təşkil edir. Türkiyədə orta əmək haqqı aylıq 2 min TL təşkil edir və imtahan qiyməti təhsil pilləsinə görə 55 və 35 TL-dir.

Kamran Əsədov açıqlanan imtahan qiymətləri və ƏDV artırılandan sonra olan real qiymətlərlə bağlı kiçik hesablama da aparıb:

20 manat olan imtahan qiyməti ƏDV ilə 23.6 azn;

40 manat olan imtahan qiyməti ƏDV ilə 47.2 azn;

50 manat olan imtahan qiyməti ƏDV ilə 59 azn;

60 manat olan imtahan qiyməti ƏDV ilə 70.8 azn;

100 manat olan imtahan qiyməti ƏDV ilə 118 azn.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol