• $
  • €
  • ₽
  • ₺
  • £

Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib

Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib
28.03.2017 09:40
Tiflis məhkəməsi azərbaycanlı qadına 17 il həbs cəzası verib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan baş prokurorluğu məlumat yayıb.
 
Türkiyədə üç Gürcüstan vətəndaşını öldürən Marneuli sakini Azadə Ömərova və digər iki şübhəli şəxs –Vüqar Quliyev və Elnur Antesov məhkəmə qarşısında cinayət törətməkdə təqsirli biliniblər. Prokurorluqdan bildirilib ki, saxlanılanlar 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Marneuli sakini olan Ema Şərifovanı, onun bacısı Elnaz Şərifova və nəvəsi Sahib Həsənovun boğazını kəsərək amansızcasına qətlə yetiriblər. Bundan əvvəl cinayətkarlar birlikdə Düzcəyə gələrək orada yaşayan Şərifovlar ailəsinin etibarını qazanaraq evlərində qalıblar. 
 
Gürcüstan baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Azadə Omarova, Elnur Antesov və Vüqar Quliyevə qarşı Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) cinayət işi qaldırılıb, hər üç şəxsi 16 ildən 20 ilədək  və yaxud ömürlük həbs cəzası gözlədiyi barədə məlumat verilib.
 
Məlumata görə, Azadə Ömərova cinayət törətdiyini boynuna alıb. Digər təqsirli bilinən şəxslərin məhkəməsi davam edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol