• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin suyu rayonlara aparılacaq - SƏBƏB?

Xəzərin suyu rayonlara aparılacaq - SƏBƏB?
05.04.2017 13:15
Bu gün Bakı şəhərinin Daş Salnamə Muzeyində "Xəzər dənizindən başlayan Səyahət"in ilkin təqdimat mərasimi keçiriləcək.

IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, Xəzər dənizindən götürülmüş su Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim ediləcək. Daha sonra "Xəzər dənizindən başlayan Səyahət" adlı tədbirlər proqramının tərkib hissəsi olaraq, uşaqlar həmin suyu özləri ilə birlikdə yaşadıqları rayonlara aparacaqlar. Bu su Bakı şəhərinin və İslam Oyunlarının Azərbaycanın rayonlarına xatirə hədiyyəsidir.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan ərasizində təşkil olunacaq tədbirlərin proqramı olan "Xəzər dənizindən başlayan Səyahət"i müddətində 15-dən çox tarixi şəhərin və su mənbəyinin ziyarət edilməsi, 3000 km-dən artıq məsafənin qət edilməsi nəzərdə tutulur. Hər bir rayon Su Mərasiminə və axşam saatlarında keçiriləcək Su Festivalına ev sahibliyi edəcək. Axşam saatlarında təşkil olunan Su Festivalları ictimai tədbir hesab olunduğundan burada iştirak ödənişsizdir. Festivallarda yerli ifaçı qruplarının çıxışları, Azərbaycanın məşhur "Mirvari" rəqs qrupunun rəqs ifaları, göz oxşayan su şousu və möhtəşəm atəşfəşanlıq qonaqları heyran edir.

İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra Səyahət Bakı Olimpiya Stadionunda başa çatacaq. Bu heyrətamiz şəhərin bütün guşələrindən toplanan su 12 may tarixində Bakıya gətiriləcək və Açılış Mərasiminin tərkib hissəsi hesab olunmaqla, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə edəcək.

Qeyd edək ki, İslam dinində su ünsürünə böyük önəm verilir. Su saflıq, təmizlik və şəfa rəmzidir. Möhtəşəm idman tədbirinə ev sahibliyi edən Bakı şəhəri Xəzər dənizinin sahilində yerləşir. Novruz bayramından öncə qeyd etdiyimiz çərşənbələri simvolizə edən dörd ənənəvi ünsürdən (su, torpaq, hava və od) biri də məhz sudur. Vurğulanan bütün məqamlar son dərəcə mühüm əhəmiyyət kəsb etdiyindən, Oyunlar ərəfəsində Su ünsürünün bayram kimi qeyd edilməsi qərara alınıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol