• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün "Sovetski"də etirazlar zamanı nələr yaşandı? - VİDEO

Bu gün "Sovetski"də etirazlar zamanı nələr yaşandı? - VİDEO
12.04.2017 22:59
Bu gün Bakı şəhəri, Çingiz Mustafayev küçəsi, 20-də yerləşən "Hacı Cavad” məscidinin sökülmək cəhdi etirazlara səbəb olub.

İstiPress-in məlumatına görə, məscidin sökülməsi xəbərlərindən narahat olan insanlar binanın ətrafına toplaşıblar. Ərazidə yüzlərlə sakin toplaşıb, post-patrul avtomobilləri də məscidin ətrafını sarıb.

Sakinlər deyiblər ki, yaxınlıqdakı "Hacı Əbdülrəhimbəy Qulubəyov" məscidi gecə ilə qəfil sökülüb, bu səbəbdən "Hacı Cavad” məscidinin də qəfil söküləcəyi onları narahat edib.
"
Vəkil Cavad Cavadov məscidin taleyinə aydınlıq gətirməkdən ötrü Yasamal rayon İcra Hakimiyyətinə sorğu göndərmişdi. "Bu məscidi Mədəniyyət və Turizm Nazirliyi yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edib. Məscidin sökülüb-sökülməməsi ilə bağlı vəziyyət qeyri-müəyyəndir”, - deyə vəkil jurnalistlərə də bildirmişdi.

Etirazlar zamanı məscidin ətrafına toplaşmış yüzlərlə dindar küçədə kütləvi namaz qılır. Polis küçədə kütləvi namaza müdaxilə etməyib. Bununla belə daha əvvəl məscidin qarşısına toplaşanlar arasında bəzilərinin polis tərəfindən saxlanıldığı məlum olub.

Baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon icra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisə yerinə gəliblər. Lakin onlar jurnalistlərə açıqlama verməkdən imtina ediblər. Qısa müddət sonra rəsmilər ərazidən uzaqlaşıblar.

Bir müddət sonra Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev dindarların yanına gəlib.

O, "Sovetski”də "Hacı Cavad” məscidinin söküləcəyi haqda xəbərləri eşidib etiraza toplaşan dindarlardan beş nəfərini danışıqlar aparmaq üçün özüylə aparıb.
Danışıqlardan sonra icra başçısı açıqlama verib:

"Sovetski" məhəlləsindəki "Hacı Cavad" məscidinin söküntüsü müvəqqəti dayandırılıb. Bir qədər əvvəl icma üzvləri ilə görüşdə onlara ölkə rəhbərliyinə müraciət etməyi məsləhət görüb. Yeni məscidin tikintisi üçün yer ayrılandan sonra söküntü işləri aparılacaq. Məscidin sökülməsi müvəqqəti olaraq dayandırılıb. Yeni məscidin tikilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb, ancaq insanlar burada ibarət edirlər", - deyə icra başçısı bildirib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol