• $
  • €
  • ₽
  • ₺
  • £

İti döyən mühafizəçi işdən çıxarıldı

İti döyən mühafizəçi işdən çıxarıldı
15.04.2017 17:00
Zaqatala rayonunda qonşusu İkram Ramazanova məxsus 3 aylıq iti döyən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizəçisi Tural Hacıömərov rəsmi formada cəzalandırılıb.

Bu barədə "Qafqazinfo”ya heyvansevər Elxan Mirzəyev məlumat verib. Hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. T.Hacıömərov küçədə qoyunlarını hürküdən iti döyüb. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, yerimə qabiliyyətini itirib.

T.Hacıömərov "Qafqazinfo”ya açıqlamasında qoyunlarını otlamağa qoymadığı üçün küçüyü daşla vurduğunu təsdiqləmişdi. O, həmçinin  bildirmişdi ki, bu hadisəyə görə Baş İdarə tərəfindən töhmət alıb.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bunları təkzib edərək T.Hacıömərovun polis əməkdaşı olmadığını və iti döymədiyini bildirmişdi: "Həmin şəxs mülki mühafizəçidir, ona heç bir töhmət verilməyib”.

E.Mirzəyevin bu gün redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, T.Hacıömərov iti döyməkdə ittiham edilərək inzibati formada cəzalandırılıb və öz ərizəsi ilə işdən çıxarılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərdiyi rəsmi məktuba əsasən, T.Hacıömərov barəsindəki şikayət araşdırılıb və müəyyən olunub ki, o, dişi it balasını rəhmsız davranmaqla döyərək zədələyib. Buna görə martın 31-də T.Hacıömərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 500 manat cərimə olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyevin şikayətçi Elxan Mirzəyevə göndərdiyi rəsmi məktubda qeyd olunub ki, Zaqatala Rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi Tural Hacıömərov iti döyməsi ilə bağlı iddianın araşdırılması prosesində işdən xaric edilməsi barədə rəsmi müraciət etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol