• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda tikinti dayandırılan ərazidən texnika çıxarıldı – FOTO

Yasamalda tikinti dayandırılan ərazidən texnika çıxarıldı – FOTO
17.04.2017 19:00
Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisində tikintisi dayandırılan yerdən texnika çıxarılıb.

ANN.Az Report-a istinadən xəbər verir ki, ərazidə tikinti dayandırılıb, rəhbərliyin göstərişi ilə dünən texnika oradan uzaqlaşdırılıb.

Mühafizəçi bildirib ki, hazırda ərazidə rəhbər şəxslərdən heç kəs yoxdur: "Mənə tapşırıq verilib ki, əraziyə heç kəs buraxılmasın. Hazırda burada iş getmir. Rəhbərliyin isə əraziyə nə vaxt gələcəyini bilmirəm”.

Ərazidə mühafizə xitmətinin əməkdaşından başqa daha 3 nəfər şəxs var idi. Onlar da ərazidə əvvəllər fəhlə kimi işlədiyini deyiblər: "Biz burada fəhlə işləyirdik. Hazırda iş dayandırılıb, bekarçılıqdır. Bizə əraziyə nəzarət etmək tapşırığı verilib, ona görə də burdayıq”.

Yaxınlıqdakı Azərbaycan Kapoeyra Federasiyasının binasında da söküntü işlərinə başlanılıb. Lakin ərazidə tikinti dayandırıldığı üçün işlər yarımçıq qalıb. Federasiyanın binası da ağacların qırıldığı ərazi ilə birgə hasarlanıb.

Orada yaşayan sakinlərin sözlərinə görə, həmin ərazidə çoxlu sayda böyük ağaclar olub. İndi isə 4 böyük və bir neçə balaca ağac gözə çarpır. Kökündən çıxardılan ağacların yeri isə bilinmir. Ərazidə olan ağaclar tamamilə ilə məhv edilib.

Xatırladaq ki, aprelin 15-də Prezidentin Mətbuat xdmətinin yaydığı məlumata görə, Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda "Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev kəskin reaksiya göstərmiş, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülərək araşdırılması barədə göstəriş verib.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol