• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat onu söyənlərə cavab verdi

Deputat onu söyənlərə cavab verdi
20.04.2017 19:18
"Mənim fikirlərim kontekstdən çıxarılıb. "Fecbook”a daxil olan hamını avara adlandıra bilmərəm. Demişəm ki, onu-bunu tənqid edənlər, boş-boş vaxt keçirənlər avaradırlar”.

ANN.Az-ın məlumatına görə, bunu AzVision.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib. 

"Qeyd edim ki, mənim fikirlərim kontekstdən çıxarılıb. Mənə sual verdilər ki, sizi tənqid edirlər. Mən də dedim ki, bu, tənqid deyil, söyüşdür. Onu yazanlar, səhərdən axşama qədər vaxtını orada keçirənlərin hamısı avaradır. Yəni, ümumilikdə, hamını avara adlandırmamışam. Mənim oğlum, həyat yoldaşım da "Facebook”a girir. Ona görə mən deyə bilmərəm ki, orada olanların hamısı avaradır. Amma vaxtını "Facebook”da keçirənlər, 24 saat orada olanlar avaradır. Bununla bağlı Milli Məclisin İntizam Komitəsinin məni cəzalandırmasına gəlincə, elə bir şey ola bilməz. Ümumiyyətlə, fikrinə görə insanı necə cəzalandıra bilərlər?”, - deyə A.Əlizadə vurğulayıb. 

Deputat sosial şəbəkələrdə onu söyənlərə sərt cavab verib: 

"Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər, həmin sözləri üzümə desinlər. Əgər kişidirlərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, "Facebook”a girib məni söyürlər”.

A.Əlizadə qeyd edib ki, ona söyüş söyənləri məhkəməyə vermək fikrində deyil: 

"Mən heç kimdən şikayət edən deyiləm. Sözümü kişi kimi deyirəm. Qoy, onlar da yazsınlar ki, Arazı belə-belə söymüşəm. Ünvanım da filandır. 

Onlar kimdir axı? Mən sözümü ağıllı insanlara deyirəm. Səfeh insanlar sözümü dərk etməsələr daha yaxşıdır. İndi onlar söyüş söyürlər? Söysünlər. Belə bir məsəl var ki, səfeh insanın söyüşünün özü tərifdir”. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol