• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər

Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər
25.04.2017 12:40
Azərbaycanda 4 və 5 ulduzlu hotellər könüllü olaraq öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər.

Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, körfəz ölkələri, eləcə də Çin, Koreya, Yaponiya, Malayziya və Sinqapur ilə münasibətdə sadələşdirilmiş viza sisteminin tətbiqi mövcud turist axınına müsbət təsir göstərib. 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Çari ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı 70 minədək artıb.

M.Qəhrəmanov bildirib ki, "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqində məqsəd Azərbaycana müsəlman ölkələrindən gələn turistlərin sayını artırmaqdır:

"Bu standartlar hazırlanarkən Malayziyanın təcrübəsi nəzərə alınaraq hətta təklif edildi ki, qadınlar üçün ayrı, kişilər üşün ayrı, eyni zamanda ailələri şəxslər üçün ayrı mərtəbələr olsun. Biz reallıqları nəzərə alaraq, bunun tam bu formada olmasının tərəfdarı deyilik. Bu, sənaye üçün yeni yüklənmə problemi yarada bilər. Nəzərə almaq lazımdır ki, yerləri məhdud - 70 yeri olan hotellər var. Əgər o, mərtəbələri bu prinsiplə bölsə, bu, onun üçün iqtisadi baxımdan səmərəli ola biləcəkmi?! Bunları nəzərə alaraq, biz bunu standarta bu formada daxil etməyə tərəddüd etdik. Amma belə bir formada daxil etdik ki, 4, 5 ulduzlu hotellər bunu könüllü olaraq, edə bilərlər. Bu standartı yaratmaqla istəmirik ki, turizm sənayesində yeni yüklənmə yaradaq. Bizim hədəfimiz odur ki, sənaye inkişaf etsin".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol