• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal RİH: Hüseyn Cavid prospekti 72-də aparılan söküntü işləri qanunidir

Yasamal RİH: Hüseyn Cavid prospekti 72-də aparılan söküntü işləri qanunidir
25.04.2017 19:40
Sakinlər özləri qeydiyyatdan çıxıblar

REPORT.AZ/ "Dünən Hüseyn Cavid prospekti 72 ünvanında aparılmış söküntü işləri qanunidir".

Yasamal Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə yaşayan Həsənova Şövkət və Həsənov Gülmirzə uzun müddət bundan əvvəl evlərini "Olympus" tikinti şirkətinə satıblar: "Həmin şəxslərə kompensasiya ödənilib və yaşadıqları ev sökülüb. Həmin evin sahibləri kompensasiyalarını alaraq özlərinə ev alıblar, sökülən evlərindən də özləri qeydiyyatdan çıxıblar".

İcra Hakimiyyətindən bildirilib ki, dünən keçmiş ev sahibləri ilə şirkət arasında narazılığa səbəb ərazidə yerləşən təndirin sökülməsi olub: "Ancaq həmin təndirin sökülməsinə də ev sahibi tərəfindən qanuni olaraq icazə verilib.

 Ev sökülən zaman Həsənova Şövkət şirkət rəhbərliyindən xahiş edib ki, bir müddət onun təndiri fəaliyyət göstərsin. Şirkət tərəfindən təndirin işlədilməsi ilə bağlı qadına müəyyən müddət güzəşt olunub. Hazırda isə binanın ərazisi genişləndirildiyi üçün təndir sökülüb. Yəni təndirin sökülməsi qanunidir, sənədləşdirilib".

Qeyd edək ki, söküntü zamanı sakinlər "Olympus" tikinti şirkətinə etiraz olaraq avtomobil yolunu bağlayıblar.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol