• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qız oğurluğu

Bakıda qız  oğurluğu
27.04.2017 19:00
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Lalə İspəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib.

Zərərçəkən şəxs oğurluq hadisəsi barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumat verəndən sonra ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb müvafiq olaraq əl-barmaq izləri götürülüb. Hadisə yerinə baxış zamanı məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.

Qeyd edək ki, hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub. O, ifadəsi zamanı qohumlarının evdə olmamasından istifadə edərək planlaşdırdığı oğurluq hadisəsini tanışı Əli Nəbiyevlə birlikdə həyata keçirdiklərini etiraf edib.

Qeyd edilən faktlarla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol