• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda universitet müəlliməsi mağazadan oğurluq etdi - VİDEO

Bakıda universitet müəlliməsi mağazadan oğurluq etdi - VİDEO
27.04.2017 21:26
Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib. Oğurluq hadisəsi anbaan mağazanın nəzarət kameraları tərəfindən lentə alınıb.

İstiPress Musavat.com-a istinadən xəbər verir ki, oğurluq anını əks etdirən videogörüntülər mağazanın sosial şəbəkədəki hesabından paylaşılıb. Hadisə Nəsimi rayonu ərazisində baş verib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin yaxınlığında yerləşən mağazada baş verib. Mağaza özünün instagramdakı "Fidash_luxury_boutique” səhifəsindən hadisənin videogörüntüsünü paylaşıb.

Videogörüntülərdən aydın olur ki, mağazaya daxil olan xanım əvvəlcə baxdığı paltarlardan birini seçərək kənara qoyur. Daha sonra isə həmin paltarı cəld şəkildə çantasına yerləşdirir. Oğurluq əməlini törədən şəxsin kimliyi ilə bağlı isə maraqlı fakt ortaya çıxıb.

Məlum olub ki, görüntülərdəki xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) müəlliməsidir. O, universitetin kimya-texnologiya fakültəsinin müəlliməsi, dosent Tamara Ayralovadır.

Məsələ ilə bağlı ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərovla əlaqə saxladıq.

B.Nəzərov məsələni araşdırdıqdan sonra musavat.com-a bildirib ki, Tamara Ayralova hazırda 10 günlük məzuniyyətdədir. B.Nəzərov qeyd edib ki, adıçəkilən müəllimə öz hesabına məzuniyyətə çıxdıqdan bir neçə gün sonra rəhbərlik bu hadisədən xəbər tutub.

"Rəhbərliyin bu hadisədən məlumatı var. Dünəndən Tamara Ayralaova ilə əlaqə saxlayaraq məsələni aydınlaşdırmaq istəyirlər. Ancaq telefonu söndürüldüyündən onunla əlaqə saxlamaq mümkün olmur” - deyə B.Nəzərov açıqlamasına əlavə edib.
 





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol