Ramil Usubov iki rayona yeni polis rəisi təyin edib

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.
ANN.Az "Report”-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib.
O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.
www.ann.az
























