• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı sakini bankın qarşısında intihara cəhd edib

Bakı sakini bankın qarşısında intihara cəhd edib
28.04.2017 11:25
Bakıda intihara cəhd olub. Nəsimi rayon Polis İdarəsindən APA-ya bildirilib ki,  Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını deyib. Hadisə yerinə polis əməkdaşları gəlib. E.Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.

Polisdən verilən məlumata görə, E.Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb.
 
Beynəlxalq bankdan ANN.Az-a verilən xəbərə görə,  vətəndaş Emil Natiq oğlu Əliyevin etirazı Azərbaycan Beynəlxalq Bankının fəaliyyətinə aid deyil. Onun etirazı vaxtilə Bankda sürücü işləmiş şəxslə bağlıdır. Belə ki, həmin şəxs E.N.Əliyevin etibarından sui-istifadə edərək ondan pul alıb və geri qaytarmayıb.
 

Vətəndaşlara qarşı bu cür dələduzluq əməlləri üzə çıxarılan sürücü ötən il işdən kənarlaşdırılıb. Eyni zamanda, bu əməllərinə hüquqi qiymət verilməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və o, hazırda həbsdədir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol