• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələdə aşkarlanan at əti zərərsizləşdirilib

Qəbələdə aşkarlanan at əti zərərsizləşdirilib
28.04.2017 22:20
Aprelin 25-də Daxili İşlər Nazirliyinin Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunub.

Qəbələ Rayon Polis Şöbəsinin müraciəti əsasında Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilində aşkar edilmiş, avtomobilin yük yerinə necə gəldi yığılmış, antisanitar şəraitdə daşınan, üfunətli iy verən, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq baxışından keçməyən dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Avtomobildə aşkar olunan şaqqalara bölünən at cəmdəyi isə müayinələr başa çatana kimi Qəbələ Rayon Baytarlıq İdarəsinin soyuducu kamerasına yığılaraq müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt yazılaraq inzibati protokol tərtib edilib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən həmin nümunələrin aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, İsmayıllı rayonunun Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinin yük yerində aşkarlanan, müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilmiş at cəmdəyinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq bu gün aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə kütləvi informasiya vasitələrinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Cəmiyyət 18:06
Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Cəmiyyət 17:55
Bakıda avtobuslar üçün xüsusi svetofor istifadəyə verilib
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Cəmiyyət 17:22
Sulutəpədə ölən 2 bacının xalası danışıb
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Cəmiyyət 17:15
Dövlət Agentliyi: "Temu"nun Azərbaycanda qanunvericiliyi pozduğu müəyyən edilib
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Cəmiyyət 17:05
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb - FHN axtarır
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Cəmiyyət 17:03
Yağıntılı hava davam edir - FAKTİKİ HAVA
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol