• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda vəzifəli şəxs iş adamını avtomobillə vurdu

Bakıda vəzifəli şəxs iş adamını avtomobillə vurdu
01.05.2017 16:00
Daxili İşlər Nazirliyi Bakıda sahibkarın ölümü ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aprelin 29-da saat 01 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi "Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib.

T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

F.Qasımov Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, ölən T. Dadaşovun Bakının tanınmış "Qoşa Qala" restoranının sahibi, hadisəni törədən Faiq Qasımovun isə Zabrat qəsəbəsindəki Vetrolyot Meydançasının rəisi olduğu deyilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol